Balakəndə 64 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Balakən şəhərində qeydə alınıb. Balakən şəhər sakini, 1959-cu il təvəllüdlü Hürü Camal qızı Əmiraslanovanın sirkə turşusu içərək zəhərləndiyi bildirilir. 64 yaşlı qadın zəhərlənmədən yaşadığı ünvanda dünyasını dəyişib.
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.