Bank Of Baku

Balakəndə bacısını bıçaqlayan şəxs saxlanılıb

Balakəndə bacısını bıçaqlayan şəxs saxlanılıb
# 12 mart 2024 09:28 (UTC +04:00)

Balakəndə qardaş bacısını bıçaqlayıb.

APA-nin yerli bürosu xəbər verir ki, Balakən rayon sakini Adil Sayılov bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovaya kəsici alətlə xəsarət yetirib.

Həlimət Məmmədova aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Hdisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, əməli törədən A.Sayılov şübhəli şəxs qismində saxlanılıb və hazırda araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR