Baş prokuror Kamran Əliyev Qarabağda cinayət törətdiyinə görə beynəlxalq axtarışa verilən ermənilərə müraciət edib.
APA xəbər verir ki, Kamran Əliyev jurnalistlərə açıqlamasında həmin şəxsləri könüllü şəkildə təslim olmağa çağırıb.
Kamran Əliyev əlavə edib ki, bu qəbildən axtarışda olan 4 nəfər artıq həbs edilib.