Bank Of Baku

Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib

Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
# 15 fevral 2023 17:24 (UTC +04:00)

Cəlilabad rayon Privolnoye bələdiyyəsinin sabiq sədri Qəmbər Məmmədovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən xəbər verilib.

İstintaqın gedişində Qəmbər Məmmədovun vəzifədə olduğu 2015-2022-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui istifadə edərək rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Qəmbər Məmmədova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad rayon Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR