Bank Of Baku

Bərdə sakinlərindən narkotik aşkar edilib

Bərdə sakinlərindən narkotik aşkar edilib
# 16 fevral 2023 09:29 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri Rüstəm Kərimov və Məqsəd Bayramov saxlanılıblar. Onların evində aparılan müvafiq axtarışlar zamanı müxtəlif qablaşdırmalarda 1 kiloqram 200 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR