Bank Of Baku

Bərdə və Tovuzda yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bərdə və Tovuzda yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
# 13 mart 2023 19:31 (UTC +04:00)

Tovuz rayonunun Düz Qırıqlı kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyası 30 m² sahədə və altına yığılan 1 ton ot bağlamasının 600 kiloqramı yanıb.

APA FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bərdə rayonu Hacallı kəndində həyətyanı sahədə 3 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR