Bank Of Baku

Bərdədə narkotik dövriyyəsi ilə məşğul olan 20 nəfər saxlanılıb - FOTO

Bərdədə narkotik dövriyyəsi ilə məşğul olan 20 nəfər saxlanılıb - FOTO
# 23 fevral 2023 07:25 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 16 nəfəri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ümumilikdə isə 7 kiloqramdan artıq - marixuana, heroin və metamfetamin, eləcə də metadon və tramadol həbləri aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Qeydə alınan faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR