Bərdədə qəza olub, xəsarət alanlar var - FOTO

Bərdədə qəza olub, xəsarət alanlar var - FOTO
# 02 oktyabr 2023 20:39 (UTC +04:00)

Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

02-BL-320 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili yola keçmək istəyən piyadanı vurub.

İdarəetməni itirən sürücü qarşıdan gələn Azər adlı şəxsin idarə etdiyi, 90-BF-321 dövlət qeydiyyat nişanlı "BMW" markalı minik avtomobili ilə toqquşub.

Daha sonra sonra nəqliyyat vasitəsi yol kənarındakı marketə girib.

Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, 1995 -ci il təvəllüdlü Murad Bəhmən oğlu və piyada, 1998-ci il təvəllüdlü Hüseynov Nəcməddin Nizaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR