2022-ci ildə xarici ölkələrin ərazisində törətdikləri cinayətlərinə görə təqsirləndirilərək beynəlxalq axtarış elan edilmiş 93 nəfər Azərbaycan ərazisində müəyyən edilib.
APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, onların barəsində zəruri tədbirlərin görülməsi təmin edilir.