Biləsuvar sakini qonaq getdiyi fermada güllə yarasından ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Səmədabad kənd kəndinin ərazisində olan fermalardan birində qeydə alınıb. Biləsuvar rayonu Nəsimikənd kənd sakini, 1989-cu il təvəllüdlü Amil Kamil oğlu Şəbiyev ov tüfəngindən aldığı güllə yarasından ölüb.
Ustalıqla məşğul olan K.Şəbiyevin intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.