Bank Of Baku

Biləsuvarda narkotikin təsiri altında yük maşını idarə edən sürücü saxlanılıb

Biləsuvarda narkotikin təsiri altında yük maşını idarə edən sürücü saxlanılıb
# 25 sentyabr 2023 08:41 (UTC +04:00)

Biləsuvar rayonu ərazisində hərəkətdə olan “Kamaz” markalı avtomobilin sürücüsü manevr etmə qaydasını pozduğu üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA - nın Cənub bürosuna verilən məlumata görə, həmin yük avtomobili saxlanıldıqdan sonra sürücü, Salyan rayon sakini E.Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib və E.Əliyev 600 manat məbləğində cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR