Bank Of Baku

Binəqədidə avtomobildə köməksiz qalan azyaşlı xilas olunub - VİDEO

Binəqədidə avtomobildə köməksiz qalan azyaşlı xilas olunub - VİDEO
# 14 mart 2023 14:37 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, 21 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumat əsasında FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, minik avtomobilinin qapılarının kilidlənməsi nəticəsində 2020-ci il təvəllüdlü azyaşlı avtomobilin içərisində köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR