Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***
17.35
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, mazut qalıqları və qamışlıq sahə yanır.
Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.
***
17.25
Binəqədi rayonu, Binəqədi qəsəbəsində qamışlıq ərazidə yanğın başlayıb.
APA xəbər verir ki, 355 kvadratmetr ərazidə qamışlıq ərazi yanır.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.