Bank Of Baku

Casusluqda ittiham edilən İran vətəndaşının məhkəməsi başlayıb

Casusluqda ittiham edilən İran vətəndaşının məhkəməsi başlayıb
# 18 sentyabr 2023 15:15 (UTC +04:00)

Azərbaycan Respublikası ərazisində casusluq cinayət əməllərinin törədilməsində ittiham edilən İran vətəndaşı Ghaedi Mohammad Najaf oğlunun cinayət işi üzrə hazırlıq iclası keçirib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclası zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR