Bank Of Baku

Cəbrayılda yol qəzasında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO

Cəbrayılda yol qəzasında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO
# 09 mart 2024 16:44 (UTC +04:00)

Cəbrayılda ağır yol qəzası baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Marallı kəndində qeydə alınıb. "Mercedes" və "VAZ-2107" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfərin - Mehdi Mehdiyev, Ehtibar Əliyev və Əli Cəfərovun öldüyü bildirilir.

Xəsarət alan 3 nəfər isə Füzuli rayon mərkəzi xəstəxnasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya Cəbrayılda baş verən yol qəzası faktını təsdiqləyib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR