Bank Of Baku

Cəlilabadda 20 yaşlı şəxs bıçaqlanıb

Cəlilabadda 20 yaşlı şəxs bıçaqlanıb
# 19 fevral 2023 07:25 (UTC +04:00)

Fevralın 18- də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırmalarla cinayət əməlini 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR