Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, rayon sakini, 1999-cu il təvəllüdlü Nizami Əliyev bıçaq xəsarəti ilə rayon xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.
İlkin məlumata görə, N.Əliyev bibisi oğlu tərəfindən bıçaqlanıb.
Səbəbləri isə hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.