Fevralın 16-da Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə Cəlilabad rayon prokurorluğunun məlumatında deyilir. İlkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.
***
15.28
Cəlilabadda qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə fevralın 16-da saat 13 radələrində Cəlilabad rayonu ərazisində qeydə alınıb. Rayon sakini 52 yaşlı Azər Baxşiyev kəsici alətdən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb və orda ölüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, 52 yaşlı Azər Baxşiyev son dövrlər Bakı şəhərində, övladlarının yanında yaşayırmış. Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev onunla əvvəlcədən əlaqə saxlayaraq Cəlilabad rayonuna gəlməsini israr edib. Rayona qayıdan A.Baxşiyev İ.Babayevlə görüşüb və aralarında mübahisə yaranıb. Bu zaman İ.Babayev A.Baxşıyevə bıçaq zərbəsi vuraraq onu ağır yaralayıb A.Baxşıyev xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Onların qohum olduğu bildirilir. İlkin versiyaya görə, hadisə ailədaxili mübahisə zəminində baş verib.
Araşdırma aparılır.