Cəlilabadda itkin düşmüş hesab edilən qadın axtarılır.
APA-nın cənub bürosunun xəbərinə görə, Cəlilabad rayon sakini 26 yaşlı Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, daxil olmuş məlumat üzrə həmin şəxsin axtarışı elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Mətanət Hüseynova barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55-248-17-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.