Cəlilabadda qadını intihar həddinə çatdıran şəxs barəsində cinayət işi başlanıb

Cəlilabadda qadını intihar həddinə çatdıran şəxs barəsində cinayət işi başlanıb
# 04 oktyabr 2023 16:07 (UTC +04:00)

İyunun 16-da Cəlilabad rayonu, Göytəpə şəhər sakini Mənsurə Babayevanın yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Cəlilabad rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, istintaqla Daxıl Şabıyevin Mənsurə Babayevanı uzun müddət davam edən amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması nəticəsində özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

Daxıl Şabıyevə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR