Bank Of Baku

Cəlilabadda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO

Cəlilabadda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO
# 11 mart 2024 13:59 (UTC +04:00)

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA - nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını traktorun qoşqusuna çırpılıb. Nəticədə 3 nəfər - Astara rayon sakinləri Ramin Kamil oğlu İmanverdiyev, Abbas Əziz oğlu Qədirov və Cəlilabadın Uzuntəpə kənd sakini Aydın Qədirağa oğlu Paşayevin xəsarət aldığı bildirilir. Onlar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR