Bank Of Baku

DİN: Keçmiş həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb

DİN: Keçmiş həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb
# 14 mart 2023 09:33 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Y. Hümbətovanı qətlə yetirməkdə şübhəli bilinən E. Quliyev Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Bundan başqa Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 13-də həyat yoldaşı, Astara rayon Maxşan kənd sakini 1993-cü il təvəllüdlü G. Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara RPŞ-nin əməkdaşlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR