Bank Of Baku

DİN: Qarabağda narkoticarətin təşkili separatçıların fəaliyyətinin əsas tərkib hissəsi olub

DİN: Qarabağda narkoticarətin təşkili separatçıların fəaliyyətinin əsas tərkib hissəsi olub
# 06 oktyabr 2023 15:43 (UTC +04:00)

Ağdamın Sırxavənd kənində düzən ərazilərlə yanaşı dağ yamaclarında da narkotik əkilib.

APA xəbər verir ki, bunu Ağdamın Sırxavənd kəndində jurnalistlərə açıqlamasında DİN-nin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib: "Düzən yerlərlə yanaşı, həm də dağ yamaclarında narkotik vasitələrinin əkilib-becərilməsi, kultivasiyası ilə məşğul olublar. Başqa bir nüans, ərazi yoxlanılarkən məlum oldu ki, plantasiya salınmış ərazinin ətrafında mina təhlükəsi var. Piyada əleyhinə xeyli sayda mina basdırılıb. Bu ərazi yoxlanılarkən aydın oldu ki, ərazini xüsusi olaraq hətta özlərindən belə qoruyublar. Yəni burada saldıqları plantasiya ərazisinə hansısa kənar müdaxilə olmasın".

DİN sözçüsü deyib ki, hazırda daxili işlər orqanlarının əməkdaşları tərəfindən ərazidə müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılıb. Aşkar edilən çətənə kollarının bir hissəsi çıxarılıb və aqronom mütəxəssislər əraziyə dəvət olunub: "Araşdırmalarla aydın olur ki, bu da eynilə Qarabağ iqtisadi rayonunun digər bölgələrində əkilən çətənə bitkisinin "Sativa" növüdür. Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağ iqtisadi rayonunun bir çox bölgələrində, rayonlarında, kəndlərində narkotik vasitələrin geniş əkilib-becərilməsi və narkoticarətin təşkil edilməsi geniş vüsət alıb. Aşkarlanan bütün faktlar bir daha sübut edir ki, bu hallar zonanı idarə edən separatçı qrupların fəaliyyətinin əsas tərkib hissəsi olub".

Qeyd edək ki, Ağdam rayonunun Sırxavənd kəndi ərazisində 10 hektara yaxın ərazidə kultivasiya yolu becərilmiş çətənə plantasiyası aşkar edilib. Hazırda DİN əməkdaşları plantasiya salınmış əraziyə ümumi baxış keçirir. Separatçılar tərəfindən plantasiya ərazisi mühafizə zonasına daxil olub. Ərazidə gözətçi qülləsi var və silahlı mühafizəçilər burada xidmət aparıblar. Ərazidə 4 ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR