Bank Of Baku

Dövlət Komitəsi: Beyləqanda zorakılığa məruz qalan 15 yaşlı yeniyetmənin vəziyyəti qiymətləndirilib

Dövlət Komitəsi: Beyləqanda zorakılığa məruz qalan 15 yaşlı yeniyetmənin vəziyyəti qiymətləndirilib
# 12 yanvar 2026 12:49 (UTC +04:00)

Baş vermiş hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Beyləqan Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə yaradılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, yetkinlik yaşına çatmayanın ailəsi, eləcə də yeniyetmənin vəziyyəti qiymətləndirilib.

Hazırda yetkinlik yaşına çatmayanın hüquqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, ötən gün Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR