Bank Of Baku

DYP dumanlı hava ilə bağlı müraciət edib - YENİLƏNİB

DYP dumanlı hava ilə bağlı müraciət edib - YENİLƏNİB
# 27 fevral 2023 11:41 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

İdarədən APA-ya daxil olan məlumatda deyilir:

“Bakıda və Abşeron yarımadasında, Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.

Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.

***

11.06

Bakı şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, dumanlı hava şəraiti ilə bağlı sürücülər ara məsafəsinə, sürət həddinə diqqət yetirməlidir:

O, dumanlı havada görmə məsafəsinin aşağı düşdüyünü vurğulayıb: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmağı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR