Bank Of Baku

Eldar Sultanovun yerinə təyinat olub

Eldar Sultanovun yerinə təyinat olub
# 17 mart 2023 15:04 (UTC +04:00)

Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Sahib İsmayılova həvalə olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR