Cəlilabadda yol qəzası baş verib.
APA-nın cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili idarəetmənin itməsi nəticəsində yolun kənarına aşıb. Nəticədə Yardımlı rayon sakini, 1995-ci il təvəllüdlü Türkan Kərimova və onun azyaşlı övladı xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.