Bank Of Baku

FHN-in Kahramanmaraşda olan çevik xilasetmə qüvvələrinin bir hissəsi Hataya yola düşüb - FOTO - VİDEO - YENİLƏNİB

FHN-in Kahramanmaraşda olan çevik xilasetmə qüvvələrinin bir hissəsi Hataya yola düşüb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 17 fevral 2023 10:35 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə əməliyyatları davam etdirir.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, bu çərçivədə, FHN-in Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi Hatay rayonunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu səhər həmin bölgəyə yola düşüb.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

***

10.08

Fövqəladə Hallar Nazirliyinin qardaş Türkiyədə axtarış-xilasetmə əməliyyatları davam edir.

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bu gün FHN-in axtarış-xilasedicilərindən ibarət 114 nəfərlik heyəti və 2 baş xüsusi təlim görmüş iti Hatay şəhərinə yola salınıb.

Onlar Hatay şəhərində axtarış-xilasetmə əməliyyatlarına qoşulacaq.

FHN-in Türkiyəyə ezam olunan digər şəxsi heyəti isə Kahramanmaraş şəhərində əməliyyat-axtarış işlərini davam etdirəcək.

Qeyd edək ki, indiyə qədər FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR