Bank Of Baku

FHN: Ötən gün 43 yanğına çıxış olub, 7 nəfər xilas edilib

FHN: Ötən gün 43 yanğına çıxış olub, 7 nəfər xilas edilib
# 17 fevral 2023 11:31 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 43 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, avtoqəza nəticəsində 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR