Bank Of Baku

FHN Qubadakı yol qəzası ilə bağlı məlumat yayıb - FOTO - YENİLƏNİB-1

FHN Qubadakı yol qəzası ilə bağlı məlumat yayıb - FOTO  - YENİLƏNİB-1
# 06 oktyabr 2023 20:13 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Alekseyevka kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***

Saat 19:31

Quba-Xaçmaz yolunda, Quba rayonunun Alekseyevka kəndi ərazisində baş verən qəza nəticəsində 3 nəfərin xəsarət aldığı məlum olub.

APA xəbər verir ki, xəsarət alanlar avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Pərviz Hüseynov, sərnişinləri 1972-ci il təvəllüdlü Xalidə Eldarova və 2001-ci il təvəllüdlü Gültəkin Mirzəyevadır.

***

18:22

Quba-Xaçmaz yolunda, Quba rayonunun Alekseyevka kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, "Opel" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə Quba-Xaçmaz yolunda uzun tıxac yaranıb. Qəza nəticəsində avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar FHN-nin əməkdaşları tərəfindən deformasiyaya uğrayan avtomobildən çıxarılıb. Xəsarət alanlar təcili tibbi yardım vasitəsilə Quba Mərkəzi Rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Cəfər Talıbov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR