Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə Ağstafa rayon sakini 1992-ci il təvəllüdlü Orxan Nağıyevin sol qolunun kəsilmiş-deşilmiş yarası xəsarəti alması ilə bağlı məlumat daxil olub.
Bu barədə APA-nın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Səbuhi Qasımov saxlanılıb: “Faktla bağlı araşdırmalar davam etdirilir”.