Bank Of Baku

Gəncədə zəhərlənən 5 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Gəncədə zəhərlənən 5 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
# 22 aprel 2025 10:22 (UTC +04:00)

Bu gün saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd edilib.

Bildirilib ki, funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

09:19

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Onların qidadan zəhərləndiyi etimal edilir.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR