Gəncədə bıçalanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.Belə ki 1967-ci il təvəllüdlü M.Teymurov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Dərhal xəstə əməliyyat edilib,vəziyyətinin orta ağır olduğu bildirilir.Hadisə hansı şəraitdə baş verməsi məlum deyil.Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, yanvarın 12-də saat 07:00 radələrində 1967-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin açıq yarası, sol bazu nahiyəsinin, kəsilmiş deşilmiş yarası və dəqiqləşdirilməmiş pnevmatoraks diaqnozları təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.