Gəncədə intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini 1957-ci il təvəllüdlü, Ənvər Tağıyev yaşadığı evin talvarından özünü asıb. Ə. Tağıyevin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.