Bank Of Baku

Gəncədə minik avtomobili aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Gəncədə minik avtomobili aşıb, xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
# 18 sentyabr 2023 00:14 (UTC +04:00)

Xəbərə foto əlavə olunub.

***

00.05

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin girişində Gəncə Qapılarının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Ramin Məmmədov, sərnişinlər - Kürdəmir rayon sakini 1966-ci il təvəllüdlü Vəfa Seyidova və Ağdaş rayon sakini 1985-ci il təvəllüdlü Elşad Nəbiyevdir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR