Bank Of Baku

Gəncədə restoranda qətllə bağlı 7 nəfər saxlanılıb

Gəncədə restoranda qətllə bağlı 7 nəfər saxlanılıb
# 11 avqust 2026 17:20 (UTC +04:00)

Gəncədə restoranda baş verən qətlə görə 7 nəfər həbs olunub.

APA Lent.az-a istinadən xəbər verir ki, saxlanılan şəxslər hadisə baş verən an iaşə obyektində xuliqanlıq əməllərinə yol verməkdə ittiham olunurlar.

Məlumata əsasən, qətl hadisəsi baş verəndən dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları “Günəş” restoranına gəliblər. Polis əməkdaşı qətlin şahidi olan bu şəxsləri ifadə verməyə çağırıblar. Lakin onlar üzrlü səbəb olmadığı halda ifadə verməkdən boyun qaçırıb, polisin qanuni tələbinə məhəl qoymayıblar.

Nəticədə həmin gün “Günəş” restoranında doğum günü olan 24 yaşlı şəxs, həmçinin onunla birgə ad gününü qeyd etməyə gələn 26, 23, 31, 21 və ikisi də 28 yaşlı dostları saxlanılaraq, polis şöbəsinə aparılıblar. Onların hər biri barəsində müvafiq protokollar tərtib olunub.

Saxlanılan şəxslərin hər biri hadisə zamanı sərxoş olduqlarını deyiblər. Həmçinin dostlar əməllərindən peşman olduqlarını bildirərək, barələrində yüngül cəza verilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə ad günü olan şəxs özü 25, onun 23 yaşlı bir dostu 5 gün müddətinə, qalan 5 nəfərin hər biri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, hadisə avqustun 6-da Gəncə şəhərindəki "Günəş" restoranında baş verib. Mübahisə zamanı 43 yaşlı Asif Yusifov aldığı bıçaq xəsarətlərindən ölüb. Cinayəti törətməkdə şübhəli bilinən 20 yaşlı M. Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR