Geoloji Kəşfiyyat Agentliyi: Astarada sel nəticəsində uçma baş verib - FOTO - YENİLƏNİB

Geoloji Kəşfiyyat Agentliyi: Astarada sel nəticəsində uçma baş verib - FOTO  - YENİLƏNİB
# 25 sentyabr 2023 15:28 (UTC +04:00)

Astara rayonunun Şiyəkəran kəndində baş verən sürüşmə hadisəsi deyil.

Bunu APA-ya açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib. O bildirib ki, keçən həftə yağan intensiv yağışlar nəticəsində Pensərçayın çay yatağında suyun həcmi artıb:

"Nəticədə çayın sol sahilində avtomobil yolunun kənarı uçub. Evlərdən birinə təxminən 10 metr məsafəyə qədər çayın sol sahili uçmaya məruz qalıb. Artıq Fövqəladə Hallar Nazirliyi və Dövlət Su Agentliyinin nümayəndələri oradadırlar”.

O qeyd edib ki, müvafiq tədbirlər icra olunmaqdadır:

"Ərazidə nümayəndəmiz var, baxış keçirib. Orada çay suyunun artması nəticəsində intensiv sahil yuma prosesləri baş verib. Bu, birbaşa sel hadisəsidir. Sürüşmə ilə əlaqəsi yoxdur".

***

13:54

Astarada torpaq sürüşməsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astarada yağan güclü yağışlar rayonun Şiyəkəran kəndində torpaq sürüşməsinə səbəb olub. 10-a yaxın ailənin istifadə etdiyi yolda çökmə baş verib. Əraziyə aidiyyəti orqanların nümayəndələri cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yolda təhlükəsizlik tədbirlərinin görülməsi işlərinə başlayıblar. Əraziyə ağır texnika cəlb olunub. Hazırda Pensər çayının istiqaməti dəyişdirilir.

FHN-nin Cənub Regional Tikinti müfəttişliyinin rəisi vəzifəsini icra edən Ağababa Hüseynov APA-ya bildirib sözügedən ərazidə torpaq sürüşməsi baş verib, 10-a yaxın sakinin istifadə etdiyi yol təhlükəlidir. Qeyd olunub ki, əhalinin təhlükəsizliyi üçün yol bağlanıb: “Lazım olduğu təqdirdə sakinlərin təxliyəsi aparılacaq”.

Aləmdə Nəsib

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR