Bank Of Baku

Goranboyda maşın aşıb - FOTO

Goranboyda maşın aşıb - FOTO
# 27 fevral 2025 11:19 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goran-Naftalan avtomobil yolunda, Goranboy rayonunun Boluslu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Tərtər rayon sakini Fərid Adışovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR