Bank Of Baku

Goranboyda qəza olub, ölən və yaralananlar var - YENİLƏNİB

Goranboyda qəza olub, ölən və yaralananlar var - YENİLƏNİB
# 11 dekabr 2022 15:43 (UTC +04:00)

Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, “VAZ-21099” və “Geely” markalı avtomobil toqquşması nəticəsində Samux rayonu Sərkar kənd sakini 1977-ci il təvəllüdlü Rəhimli Pərviz Fərhad oğlu dünyasını dəyişib.

Xəsarət alan Samux rayon sakinləri "VAZ 21099"-un sürücüsü 1966-cı il təvəllüdlü Dünyamalı Məmmədov Ələs oğlu, 1984-cü il təvəllüdlü Rəhimli İlhamə Albert qızı, 2005-ci il təvəllüdlü Rəhimli Bibixanım Pərviz qızı, Goranboy sakinləri 1977-ci il təvəllüdlü İlqar Zeynalov, 1982-ci il təvəllüdlü Günel Zeynalova, 2008-ci il təvəllüdlü Nizami Qəribov, 2006-cı il təvəllüdlü Aysu Zeynalova xəstəxanaya yerləşdiriliblər.

Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasından Gəncədə yerləşən tibb müəssisələrindən birinə aparılır.

***

saat 15.06

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Hərəkətdə olan “Vaz 21099” və “Geely” markalı iki avtomobil toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR