Bank Of Baku

Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 02 mart 2026 08:57 (UTC +04:00)

Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qurumun əməkdaşının sözlərinə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N. Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, martın 1-də saat 03:00 radələrində 1979-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Qarın nahiyəsinin daxilə keçən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.


***

03:12

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C. Hüseynov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, C. Hüseynov qayını tərəfindən bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR