Bank Of Baku

Goranboyda toydan qayıdan avtomobillər qəza törədib, iki nəfər ölüb - FOTO - YENİLƏNİB-1

Goranboyda toydan qayıdan avtomobillər qəza törədib, iki nəfər ölüb - FOTO  - YENİLƏNİB-1
# 13 mart 2023 01:00 (UTC +04:00)

Goranboyda baş verən yol qəzasında daha bir nəfər ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ağır xəsarətlərlə xəstəxanaya aparılan Hüseynov Rəşad Rəşid oğlu yolda dünyasını dəyişib.

İsgəndərov Ayxan Qabil oğlu isə hadisə yerində ölüb.

***

Saat 00:51

Xəbərə foto əlavə olunub.

***

Saat 00:15

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq digər nəqliyyat vasitələrinə çırpılıb.

Qəza zamanı 1 nəfərin öldüyü bildirilir.

Bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Qəzaya uğrayan hər üç avtomobildə olanlar toydan qayıdırmış.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR