Göyçayda 6 otaqlı evdə yanğın olub

Göyçayda 6 otaqlı evdə yanğın olub
# 29 sentyabr 2023 17:41 (UTC +04:00)

Göyçayda 6 otaqlı evdə yanğın baş verib.

FHN-dən APA-ya verilən xəbərə görə, Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində tikintisi başa çatmayan, ümumi sahəsi 190 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları 75 m² sahədə, 1 otağının döşəməsi 25 m² sahədə, içərisinə yığılan 2 ton ot bağlaması və plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR