Göyçayda baş vermiş avtomobil qəzasında üç nəfər xəsarət alıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, “TIR” və “VAZ 21015” markalı avtomobillərin toqquşması nəticəsində 1953-cü il təvəllüdlü Abdullayev Mürsəl Kərim oğlu, 2003-cü il təvəllüdlü Elvin Əhmədov və 1995-ci il təvəllüdlü Abdullayev Mürsəl Səlim oğlu bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Məlumatı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.
***
09:00
Göyçay-Ucar yolunda ağır avtomobil qəzası baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumatlara əsasən, yaralılar var.
Hazırda Göyçay Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları ərazidədir.
Əlavə məlumat veriləcək.
İlham Əhmədov