Son günlərdə Gürcüstandan 98 nəfər əcnəbi deportasiya olunub.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Çin, Türkiyə, Türkmənistan, Hindistan, Misir, Pakistan, Azərbaycan, İordaniya, Almaniya, Nigeriya, İraq, Banqladeş, Özbəkistan, Vyetnam, Keniya və Konqo vətəndaşları olan həmin şəxslərin Gürcüstana girişi mövcud qanunvericiliyə uyğun olaraq qadağan edilib.
DİN-nin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında Gürcüstandan çıxarılmış xarici ölkə vətəndaşlarının ümumi sayı 544 nəfər təşkil edib.