Xəbərə foto əlavə olunub.
***
20.31
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonun Pirsaat kəndi ərazisindən keçən hissəində qeydə alınıb. Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 1961-ci il təvəllüdlü Əsgərov Bəxtiyar Ələsgər oğlunun idarə etdiyi “VAZ-21015” markalı avtomobil hərəkətdə olan qoşqulu “KamAZ” markalı avtomobilə yan tərəfdən çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Hacıqabul rayon sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğlu xəstəxanaya çatdırılarkən yolda keçinib. Sürcü isə sınıq xəsarəti ilə Şirvan xəstəxanasına yerləşdirlib.
Qeyd edək ki, ölən şəxs Nəvahi Dövlət Yol Polisi alayının mülki əməkdaşı olub.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.