Hərbi xidmətdən yayınma cinayətləri 42 faiz azalıb

Hərbi xidmətdən yayınma cinayətləri 42 faiz azalıb
# 29 sentyabr 2023 10:08 (UTC +04:00)

2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 8,7%, hərbi xidmət əleyhinə olan cinayətlər 31,9% azalıb.

APA xəbər verir ki, bunu Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev rəsmi mətbuata müsahibəsində deyib.

O bildirib ki, qəsdən adam öldürmə cinayətləri 33,3%, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 15,2%, hərbi xidmətdən yayınma cinayətləri 42,7 %, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3% və özünü öldürməyə cəhd hadisələri 66,7 % azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR