Hövsan stansiyasında silahlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının əldə olunan məlumat əsasında Hövsan dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. Əməliyyat zamanı tutulan Rövşən Cabbarlıdan “FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.