Bank Of Baku

İmişlidə istixanada yanğın söndürülüb, bir nəfərin meyiti tapılıb - YENİLƏNİB

İmişlidə istixanada yanğın söndürülüb, bir nəfərin meyiti tapılıb - YENİLƏNİB
# 25 dekabr 2024 18:13 (UTC +04:00)

İmişlidə istixanada yanğın söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İmişli rayonunun ərazisində, Araz çayının sahilində yerləşən istixanada baş vermis yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

APA-nın xəbərinə görə, yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Meyiti tapılan şəxsin Xırdalalan sakini, 1979-cu il təvəllüdlü Rüstəmov Teymur Qəhrəman oğlu olduğu bildirilir.

***

17.22

İmişlidə yanğın baş verib.

APA-nı Mil-Muğan bürosunun xəbərinə görə, yanğın magistral yolun və Araz çayının kənarında yerləşən istixanada qeydə alınıb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR