İsmayıllıda ev əşyaları ilə birgə yanıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə səhər saatlarında İsmayıllı rayonunun Yuxarı Baş adlanan hissəsində qeydə alınıb.
Rayon sakini 1982-ci il təvəllüdlü Məmmədov Elvin Soltanmurad oğluna məxsus 64 kvadrat metr 3 otaqdan ibarət ev tamamilə yanıb.
Yanğın İsmayıllı Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən tamamilə söndürülüb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
İlham Əhmədov