Güclü yağış nəticəsində İsmayıllı-Lahıc-Dəmirçi yolu bağlanıb - FOTO - YENİLƏNİB

Güclü yağış nəticəsində İsmayıllı-Lahıc-Dəmirçi yolu bağlanıb - FOTO  - YENİLƏNİB
# 27 iyun 2024 14:02 (UTC +04:00)

Bir neçə gündür yağan güclü leysan yağışları İsmayıllı-Lahıc-Dəmirçi avtomobil yolunu yararsız hala salıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, ümumilikdə 9 kənd, bir qəsəbə və Şamaxı rayonunu birləşdirən avtomobil yolu tamamilə bağlanıb. Yol sel nəticəsində yararsız hala düşüb.

Əraziyə texnika cəlb olunub, Lahıc-İsmayıllı yolunda hərəkətin bərpa olunması üçün tədbirlər görülür.

***

12.26

Güclü yağış nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda fəsadlar yaranıb, yol müvəqqəti olaraq bağlanıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, bir neçə gündür yağan güclü yağışdan sonra İsmayıllı-Lahıc avtomobil yolunda uçqun baş verib. Yolun dağıq ərazisindən keçən hissəsində dağlardan qopan iri qaya parçaları və daşlar, həmçinin lil qatı yolun hərəkət hissəsinə tökülüb, nəticədə avtomobillərin hər iki istiqamətdə hərəkəti tam məhdudlaşıb. Bəzi avtomobillərin hazırda yolda qaldığı bildirilir.

Yolun bağlanması ilə əlaqədar Lahıc qəsəbəsi də daxil olmaqla, bir nəçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sözügedən əraziyə texnika və canlı qüvvə cəlb edilib, yolun təmizlənməsi üçün işlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR